“İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondu yeni layihəyə start verib

“İnsan Hüquqları XXI Əsr-Azərbaycan” Fondu 10.04.2015-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və hüquqi yardıma ehtiyacı olan ailələri üçün psixoloji “xidmət mərkəzi”nin fəaliyyətinin davamlılığının təmin edilməsi” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi Bakı şəhərinin rayonlarında yaşayan müharibədə itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial çətinliklərinin azaldılması məqsədi ilə onların psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını təmin etmək üçün hüquqi məsləhətlərin verilməsi və hüquqi yardımların göstərilməsi sahəsində tədbirlər görmək, müharibədə itkin düşmüş şəxslərin ailələrinin effektiv və pulsuz hüquqi yardımla təmin etməkdən ibarətdir. 4 ay davam edəcək layihə çərçivəsində Fondun hüquqşünasları tərəfindən 200-ə yaxın itkin düşmüş şəxsin ailə üzvünə hüquqi məsləhətin və hüquqi yardımın göstərilməsi (qrup görüşləri, fərdi ev və ofis görüşləri və “qaynar xətt” vasitəsi ilə) nəzərdə tutulur.
/azhumanrights.az/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO