Çingiz Abdullayevin əsəri ekranlaşdırılır

Çingiz Abdullayevin əsəri ekranlaşdırılırBu ilin aprel ayında xalq yazıçısı Çingiz Abdullayevin “Tərsinə çevrilmiş dünya” əsəri əsasında yeni film çəkiləcək.
Bu barədə kinonun rejissoru Ənvər Əbluc məlumat verib. Onun sözlərinə görə, filmin çəkilişləri Bakı və Tehranda aparılacaq. Artıq filmin videosınaqları və aktyorların seçimi başlayıb. Filmdə Azərbaycan və İran polislərinin narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan qüvvələrə qarşı birgə mübarizəsi öz əksini tapacaqdır. Bu ekran əsəri, həmçinin gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir iş olacaq.
Dövlət sifarişi ilə çəkiləcək filmin cari ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO