Çingiz Abdullayev, Aqil Abbas, Sabir Rüstəmxanlı Bakıdakı kitab yarmarkasında…

Bugün Sabir bağında kitab yarmarkası keçiriləcək. Modern.az-ın məlumatına görə yarmarka saat 11-dən axşam saat 19:00-a qədər davam edəcək. Qeyd edək ki, bir çox kitab evləri bu yarmarkada əvvəlki nəşrlərlə bərabər yeni nəşr olunan kitabları da oxuculara təqdim edəcək. Kitab yarmarkasında tanınmış yazıçılar Çingiz Abdullayev, Aqil Abbas, Sabir Rüstəmxanlı, Elxan Qaraqan və eləcə də yeni kitabları çap olunmuş digər yazıçılar iştirak edəcək.

Bundan başqa, “Qanun” Nəşrlər evi stendinin önündə iki böyük səbət olacaq. Birində 1 manatliq, 2-cisində isə 2 manatlıq kitablar satılacaq. Bu səbətlərdə həm hüquq, həm də bədii kitablar oxuculara təqdim olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO