Çindən gələn Quran kitablarında səhvlər var

Bunu iranlı mütəxəssis deyir.
İranda Müqəddəs Quranın Çapının Dəyərləndirilməsi və Çapı Təşkilatının rəhbəri Əhməd Hacı Şərif iranlıları Çində çap olunmuş Qurani-Kərim kitablarını almamağa və ölkəyə gətirməməyə çağırıb.

Milli.Az xəbər portalı “Tehran Times”a istinadən bildirir ki, Hacı Şərifin fikrincə, Çində çap olunmuş Quran kitablarında çoxsaylı səhvlər var.

Yaranmış situasiyanın səbəbi isə İrandakı bəzi çap evləri və nəşriyyatların müqəddəs kitabı ölkədə yox, daha ucuz Çin nəşriyyatlarında çap edərək pula qənaət etmək istəyidir.

“Bundan başqa, Çindəki naşirlərin Qurani-Kərimin çapı zamanı əməl ediləsi qaydalara riayət etdiklərinə dərin şübhələrim var”, – Hacı Şərif deyib.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO