Çin polisləri CNN kameralarına açıq çətirlərlə hücum ediblər

İyunun 4-də Pekinin Tyananmen meydanında tələbələrin etiraz mitinqinin zorakılıqla dağıdılmasının 20-ci ildönümü münasibətilə həmin meydanda çəkiliş aparmağa cəhd edən CNN telekanalının əməkdaşlarına çəkiliş aparmağa icazə verməyiblər. Belə ki, onlar kameraların obyektivini açıq çətirlərlə bağlayıblar.

CNN – videonun da çəkdiyi kadrlardan da görünür ki, açılmış çətirləri kameraların obyektivinə tuşlamış çinlilər Tyananmendə reportaj çəkməyə cəhd edən operator və müxbiri izləyirlər. CNN müxbiri tamaşaçılara bunların mülki paltar geyinmiş xüsusi xidmət agentlərinin olduğunu izah edir, dəlil kimi çinlilərin öz hərəkətlərini ratsiya vasitəsilə uyğunlaşdırdıqlarını bildirir.

Xatırladaq ki, 1989-cu ilin iyunun 4-də Pekində başlayan tələbə hərəkatı qoşunlar tərəfindən amansızlıqla yatırılıb. O zaman hökumət qoşunlarının mitinqçilərə müdaxiləsi və baş verən qarşıdurma nəticəsində bir neçə min adam ölüb.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO