Hüseyn Cavidin pyesi Azərbaycan və gürcü dillərində səhnələşdiriləcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından AzərTAc-a bildrimişlər ki, tamaşaya K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri Levan Tsuladze quruluş verəcək. Tamaşada Azərbaycan və gürcü aktyorları rol alacaqlar. Azərbaycan və Gürcüstan sənətçilərinin müştərək işi olacaq bu tamaşanın hazırlıqlarına bu yaxınlarda başlanılacaq.

Azərbaycan teatrı müxtəlif ölkə rejissorlarına müraciət etdiyi kimi, yerli rejissorlar da müxtəlif ölkə teatrlarına dəvət olunurlar. Bir neçə azərbaycanlı rejissor Moldova, Krım və Şimalı Kiprin teatrlarından dəvət alıb.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO