Hərbi sahədən yazan jurnalistlər arasında seçim aparılıb

Hərbi sahədən yazan jurnalistlər arasında seçim aparılıb«Hərbi Jurnalistlər” İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu tərəfindən maliyyələşdirilən «Jurnalistlərin hərbi sahədə bilik və bacarıglarını artırılması” layihəsi çərçivəsində ölkədə hərbi sahədə yazan və bu istiqamətdə yazmağa meyl göstərən jurnalistlər arasında seçim müsabiqəsi elan etmişdi.
“Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov məlumat verib ki, 6 aylıq layihə çərçivəsində jurnalistlər üçün seminarların keçirilməsi planlaşdırılır. Bu seminarlarda iştirak etmək üçünsə oktyabrın 4-dən 11-dək hərbi sahədə yazan və buna marağı olan jurnalistlərin seçimi prosesinə start verilmişdi.

Artıq seminarlarda iştirak edəcək KİV əməkdaşlarının adları bəllidir və onlar oktyabrın 22-də keçiriləcək ilk seminara dəvət alaıblar. Qeyd edək ki, seçimdə əsas diqqət KİV əməkdaşlarının indiyə qədər sərgilədikləri səylərə və onların bundan sonra hərbi jurnalistika üzrə potensial imkanlarına yönəldilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO