“Hüquq elmlərinin prioritet istiqamətləri mövzusunda konfrans keçiriləcək

Elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar hüquqşünas alimlərdən ibarət İşçi Qrupu . Elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar hüquqşünas alimlərdən ibarət İşçi Qrupun katibi Mirəli Kazımovun municipality.az saytına verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən yaradılmış “İşçi Qrupu” hüquq elmlərinin müxtəlif sahələrinin problem məsələlərinin elmi-nəzəri cəhətdən öyrənilməsini, mövcud problemlərin hüquqi vasitələrlə aradan qaldırılmasını təmin etmək üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, ölkə həyatında və dövlət idarəçiliyində hüquqşünasların və hüquq elminin rolunun artırılması, mövcud qanunların beynəlxalq hüquq normalarına uyğunlaşdırılması və cəmiyyətdə gedən sosial, siyasi, iqtisadi və hüquqi proseslərin tənzimlənməsinin mükəmməl həyata keçirilməsi kimi funksional vəzifələrin yerinə yetirilməsi istiqamətində böyük səylə fəaliyyətə başlamışdır. “İşçi Qrupu” tərəfindən hüquq elminin inkişafına xidmət edən vəzifələrin yerinə yetirilməsi məqsədilə elmi, nəzəri və praktiki təkliflərin verilməsi üçün hüquqşünasların fəaliyyət göstərdiyi dövlət orqanlarına, qeyri-dövlət qurumlarına, elm və təhsil ocaqlarına, habelə müstəqil ekspertlərə məktublarla müraciət olunmuşdur. Yaxınlarda keçirilməsi nəzərdə tutulan “Hüquq elmlərinin prioritet istiqamətləri və hüquqşünas alimlərin qarşısında duran vəzifələr” mövzusunda Konfrans “İşçi Qrupu”nun funksional vəzifələrinin yerinə yetirilməsində mühüm addım olmaqla hüquq elminin inkişafına dair irəli sürülən təkliflərin dəyirmi masa ətrafında müzakirəsinə və qarşılıqlı fikir mübadiləsinə əlverişli şərait yaradacaqdır. Bu isə öz növbəsində Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”dan irəli gələlən tələblərin yerinə yetirilməsinə öz töhfəsini verəcəkdir.
Municipality.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO