Həqiqəti demək hüququ

Uzun müddətdən sonra mən Qaqarinin həyatını təsvir etmək imkanı əldə edəndə, Yurinin necə insan olduğu məni heyrətə gətirdi: eyni zamanda, hamıda olduğu kimi nöqsanları olan sadə bir gənc, bununla yanaşı çox cəsarətli bir insan. Yerin ətrafında 108 dəqiqəlik uçuşdan qayıdan kimi Qaqarin super-ulduz oldu, onu prezidentlər və baş nazirlər alqışlayırdılar. O kosmosa qayıtmaq istəyirdi, lakin yüksək rütbəli məmurlar ona icazə vermirdilər. Lakin o, öz istədiyinə nail oldu və 1967-ci ildə onu Vladimir Komarovun ekipajına dublyor pilot təyin etdilər.

Komarov yeni «Soyuz-1» gəmisində kosmosa uçmalı idi. Alimlər gəmidə 207 qüsur aşkar etmişdilər, lakin Kreml missiyanın davamında israrlı idi. Əgər Qaqarin Xruşovun hakimiyyəti dövründə hadisələrə təsir edə bilirdisə, Brejnevin dövründə buna nail ola bilmirdi. Qaqarin istəyirdi ki, Komarovun uçuşunu təxirə salsınlar, lakin Brejnev onunla görüşməkdən imtina etdi. Komarovun gəmisinin uçuşu nəzərdə tutulan gün səhər Qaqarin qəzanın baş verməsi ehtimalının böyük olduğunu bilərək onu əvəz etmək istədi. Lakin onun dostu imtina etdi: «Əgər onlar Yurini göndərsələr, o mənim əvəzimə həlak olacaq». Bildiyimiz kimi Komarov yerə enən zaman həlak olmuşdur. Bu hadisəni mənə qədər heç kim olduğu kimi danışmamışdır. Sovet epoxasının danışa bildiyim bir çox müəllifləri hesab edirdilər ki, Komarovu əvəz etmək cəhdi ilə Yuri şöhrətə can atırda. Lakin əgər Qaqarinin öz narahatlıqları haqda açıq danışmaq imkanı olsaydı və SSRİ-də söz azadlığı mövcud olsaydı, onda Komarov bu günədək yaşaya bilərdi. Mənim bütün filmlərimdə əsas fikirmövcuddur: azadlıqların ən əsası – söz azadlığı və bu gün onu, yerindən asılı olmayaraq – Britaniyada, Rusiyada, ABŞ-da və ya başqa bir yerdə qorumaq daha da çətinləşir. Mənim jurnalist vəzifəm hakimiyyətlər, hərbçilər və ya daha kimlər tərəfindən törədilmiş cinayətlərin araşdırılması və üzə çıxarılmasından ibarətdir. Bu, hər bir demokratik cəmiyyətin məhdudiyyətlər və ziddiyyətlər sisteminin tərkib hissəsidir. Lakin, əgər «demokratik» hakimiyyət bütün hərəkətlərimi izləyirsə, günün istənilən vaxtında hara getdiyimi bilirsə, telefon danışıqlarıma qulaq asırsa və elektron məktublarımı oxuyursa mən öz borcumu necə yerinə yetirə bilərəm? Əgər onlar hər addımımı izləyərək məni nəzarətdə saxlayırlarsa və mühüm informasiyanı almağa mane olurlarsa, onda cəmiyyətin aldığı informasiya çox az olacaq. Mənim azad nitqimi Oruelin «Böyük qardaş»ının müasir müxtəlifliyi sıxır. İş seçkilərə çatanda mənim kimi insanların həqiqəti əldə edə bilməməsi cəmiyyətin seçim azadlığını məhdudlaşdırır. Əgər seçicilər bütün faktları bilmirlərsə, düzgün seçimi necə edə bilərlər? Amerikalıların Şimali Əfqanıstanda 3 min əsirin ölümündə günahlarının olmasını gizlətmələri göstərilən «Əfqan qırğını: ölüm konvoyu» filmində mən məhz bu mövzuya müraciət etmişəm. Əslində, bir film istisna olmaqla «Rambler TV»nin proqramına daxil edilmiş bütün filmlərdə söhbət azadlıqların bu və ya digər formada məhdudlaşdırılmasından gedir. Nəticə etibarilə, mənim filmlərimin əsası, aqibətindən qorxmayaraq açıq danışmağa razılıq verən cəsarətli insanlardır. Bu əhvalatlar onlar haqqındadır və mənim yox, onların səsi auditoriyanın mövqeyinə təsir edəcək. Onlarsız heç kim həqiqəti bilməzdi. Məhz buna görə də, sənədli filmlər belə zəruridir. Artıq uzun illərdir ki, televiziya «səfehləyir», kanalların rəhbərliyi inanırdı ki, auditoriyanın yalnız əyləncəyə ehtiyacı var. Amma mən inanıram ki, biz mütəmadi olaraq yeni biliklər verərək həm əyləndirməli, həm də məlumatlandırmalıyıq».

Cemi Doren

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO