Həmyerlimizin Moskavada kitabı nəşr olunub

Həmyerlimizin Moskavada kitabı nəşr olunubBu günlərdə Moskvanın “Plinta” nəşriyyatı müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Natəvan Dəmirçioğlunun “Kniqa pervaya” (Birinci kitab) kitabını çapdan çıxıb. Kitabda yazıçının üç povesti və üç hekayəsi yer alıb.
Əsasən psixoloji səpgidə yazılmış əsərlər müasir Azərbaycan ədəbiyyatının nümunəsi kimi diqqəti cəlb edib. 1000 nüsxə ilə nəşr olunmuş kitab Rusiya oxucuları üçün nəzərdə tutulub. Yeni nəşrin yayımı Moskvada və Rusiyanın digər şəhərlərində aparılacaq.
Həmyerlimizin kitabı sırf bədii ədəbiyyat nümunəsi kimi müasir Azərbaycan nəsri haqqında təsəvvür yaratmaqla yanaşı, “Yetim” povestində erməni məsələsinə toxunulması və “Üç nöqtə” povestində 20 Yanvar hadisələrinin yada salınması baxımından ictimai əhəmiyyət daşıyır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO