Əhməd Cavadın 120 illik yubiley tədbiri qeyd ediləcək

Böyük Azərbaycan şairi, tərcüməçi, tanınmış ictimai xadim Əhməd Cavadın 120 illik yubileyi qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən “Azadinform”a verilən məlumata görə, yubiley mərasimi zəngin və rəngarəng proqramla tərtib olunub. Məşhur sənət adamları şair haqqında danışacaq, şeirlərdən parçalar oxunacaq, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək.

Qeyd edək ki, Əhməd Cavad ədəbi simalarla zəngin olan çoxəsrlik Azərbaycan ədəbiyyatında özünün sarsılmaz iradəsi və aydın siyasi mövqeyi, çox yüksək mətanət və geniş miqyaslı düşüncə tərzi ilə parlaq şair-təbliğatçı nümunəsidir. O, Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olub və bu günədək həmin ədəbi prosesin təkrarsız nümayəndəsi kimi yaşayır. Əhməd Cavad Azərbaycanın dövlət himninin sözlərinin müəllifidir.
Xatırladaq ki, prezident İlham Əliyevin “Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq keçirilən tədbirdə ölkəmizin tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimləri, KİV nümayəndələri iştirak edəcək.
Yubiley tədbir iyunun 5-də, saat 18:00-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO