Hicran Hüseynova jurnalistləri qınadı

“Jurnalistlər uşaqların hüquqlarını və talelərini nəzərə almırlar”

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində www.ushaqlar.az saytının və “Valideyn və mütəxəssislər üçün uşaq inkişafı üçün tövsiyyələr” kitabın təqdimatı keçirilib. Simsar.az-ın məlumatına görə, komitənin sədri Hicran Hüseynova deyib ki, saytın yaradılmasında məqsəd valideyn və uşaqları faydalı informasiya ilə təmin etməkdir.

O qeyd edib ki, valideynlərin öz övladlarına olan diqqətini artırmaq lazımdır. Bu sahədə müəyyən problemlərin olduğunu söyləyən sədr bu vəsaitlərin yaradılmasının zəruriliyini qeyd edib.

“Valideyn və mütəxəssislər üçün uşaq inkişafı üçün tövsiyyələr” kitabı mütəxəssislərin iştirakı ilə yazılıb və geniş oxucu auditoriyasını əhatə edir. H.Hüseynova qeyd edib ki, bu günlərdə “uşaq hüquqları və media” müsabiqəsinə start veriblər. Jurnalistlərin bu problemə diqqətinin artırılmalı olduğunu bildirən komitə sədri bu sahədə görülməli işlərdən danışdı: “Biz müşahidə edirik ki, jurnalistlər sujetlər hazırlayarkən uşaqların hüquqlarını, onların talelərini nəzərə almırlar. Ancaq sensasiya axtarırlar. Bu hal xüsusi ilə körpə uşaqlarla bağlı müşahidə olunur. Həmin körpələr də gələcəkdə də bu ölkədə yaşayacaqlar. Onların taleyinə biganə qalmaq olmaz”.

Qeyd edək ki, müsabiqə oktyabrın 1-dək davam edəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO