Hansı universitetdə gələcək jurnalistlərin sayı daha çoxdur?

Hansı universitetdə gələcək jurnalistlərin sayı daha çoxdur?Prezident yanında Təhsil Komissiyasında aparılan müzakirələrdən sonra, özəl ali məktəblərdə jurnalistika fakültələrinə qəbul dayandırıldı. Bu, özəl ali məktəblərdə kadr hazırlığının qənaətbəxş olmadığı ilə izah olunur. Jurnalistika fakültəsinə qəbul yalnız dövlət universitetlərində qaldı. Bu tədris ilində adıçəkilən fakültəyə 199 qəbul olub.
Modern.az yeni tədris ilində ali məkrəblərin jurnalistika fakültəsinə qəbul olan tələbələrin sayını öyrənib.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan müavini Əli Hacıyev bildirib ki, ümumilikdə, bu il onlara 100 nəfər qəbul olub:
“Həmin tələbələrdən 18 nəfəri rus bölməsi, qalanları isə Azərbaycan bölməsində təhsil alır. Fakültəyə ümumi keçid balı 470 olub. Ödənişsiz əsaslarla keçid balı 514, ödənişli bölməyə isə 470 bal. Ən yüksək göstərici 633, 623, 613 baldır”.

Xarici Dillər Universitetində ilk dəfə olaraq bu tədris ilindən filologiya fakültəsinin nəzdində, jurnalistika ixtisası açılıb. Universitetin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova bildirib ki, bu il jurnalistika ixtisasına cəmi 24 nəfər qəbul olub:
“Həmin tələbələrin hər biri 500-dən yuxarı bal toplayaraq, jurnalistika ixtisasına daxil olub. Universitetdə jurnalistika ixtisasının hələ ki rus bölməsi yoxdur, yalnız Azərbaycan bölməsi fəaliyyət göstərir. Bu, ilk addımdır, amma yaxın zamanlarda Azərbaycan bölməsi açıla bilər. Qəbul olanların 2-si dövlət hesabına ödənişsiz, qalan 22 nəfər isə ödənişli əsaslarla təhsil alacaq”.

Bakı Slavyan Universitetinin prorektoru Asif Hacıyev isə deyib ki, jurnalistika fakültəsinə bu il 51 nəfər qəbul olub: “Azərbaycan bölməsi üzrə 42, rus bölməsi üzrə 9 nəfər təhsil alır. Ən yüksək bal 509, ümumilikdə, keçid balı 399 bal olub”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO