Hacıkənd qəsəbəsində kitabxana təmir olunub

Hacıkənd qəsəbəsində kitabxana təmir olunubGəncənin Hacıkənd qəsəbəsində yerləşən 17 saylı kitabxana əsaslı təmirdən sonar istifadəyə verilib. 1960-cı ildən fəaliyyət göstərən kitabxana təmirdən sonra lazımi avadanlıqla təmin edilib. Açılış mərasimində çıxış edən Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova mədəniyyət sahəsinə, o cümlədən kitabxana sisteminin inkişafına göstərilən dövlət qayğısından danışıb. Gələcəkdə burada elektron resurslar bölməsinin, internet resurs mərkəzinin yaradılması da nəzərdə tutulub. Hazırda kitabxananın 17 min 450 kitabdan ibarət fondu var və gələcəkdə fond daha da zənginləşdiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO