Gün.Az informasiya agentliyinin fəaliyyətə başlamasından iki il ötür

Gün.Az informasiya agentliyinin fəaliyyətə başlamasından 2 il ötür.

SalamNews xəbər verir ki, yaranmasından qısa vaxt keçməsinə baxmayaraq, bu gün Gün.Az Azərbaycanın media məkanında xüsusi yerə malikdir. Fəaliyyətə başladığı ilk gündən etibarən oxucusuna operativ və qərəzsiz xəbərləri çatdırmağı, Azərbaycanın media məkanında mövcud olan boşluqları doldurmağı qarşısına məqsəd qoyan Gün.Az-ı başqa informasiya agentliklərindən və xəbər portallarından fərqləndirən cəhətlər var. Məsələn, “Din” kateqoriyası, adından da göründüyü kimi, insanların dini maarifləndirilməsinə, mövhumatçılıqdan uzaqlaşdırılmasına, dini dəyərlərimizin qorunmasına və təbliğinə xidmət edir.

Bundan başqa, “Din” kateqoriyasında ilk dəfə olaraq Azərbaycanda yerləşən məscidlərin tarixinə həsr olunan ayrıca rubrika da yaradılıb. Faktiki olaraq məscidlərin tarixi ilə bağlı elektron kataloq rolunu oynayan bu rubrika məscidlərimizin tarixini öyrənənlər üçün və gələcəkdə çox dəyərli bir töhfə ola bilər.

Hazırda Gün.Az-ın saytına gündəlik 20-24 min internet istifadəçisi daxil olur.

SalamNews-un kollektivi həmkarlarını təbrik edir.
– See more at: http://az.salamnews.org/az/news/read/72463/guumlnaz-informasiya-agentliyinin-fealiyyete-bashlamasindan-iki-il-oumltuumlr/#sthash.V6HuZwgm.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO