GUAM-ın baş katibi azərbaycanlı oldu

GUAM Xarici İşlər Nazirləri Şurası bəzi təşkilati qərarlar qəbul edib.
Trend-in məlumatına görə, bu qərarlardan biri də Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Altay Əfəndiyevin GUAM-ın baş katibi vəzifəsinə təyin edilməsidir.
A.Əfəndiyev Azərbaycanın İspaniyadakı səfiridir.
GUAM XİN Şurasının Bratislavada keçirilən 25-ci iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili, Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Nataliya German, Ukraynanın xarici işlər naziri Pavel Klimkin (iclasın sədri) və GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.
XİN Şurası növbəti iclasın BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Nyu Yorkda keçirilməsi barədə qərar qəbul edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO