GTZ qalib jurnalistləri elan etdi

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) jurnalistlər arasında «Vərəsəlik hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi» mövzusunda keçirdiyi müsabiqə başa çatıb.
Aprelin 30-da «Park İnn» otelində keçirilən tədbirdə müsabiqənin nəticələri elan olunub. Bildirilib ki, «Hüququn KİV-də yayılması» proqramı çərçivəsində keçirilən bu müsabiqəyə Azərbaycanda vərəsəlik hüququ, problemləri, onları doğuran səbəblər və həlli yolları barədə yazılan və tanınmış internet-resurslarında yerləşdirilən, eləcə də dövrü mətbuatda çap olunmuş 18 yazı təqdim olunub.
Onlardan 10-nun dövrü mətbuatda, 8-nin isə işıq üzü gördüyü bildirilib.
Ümumi nəticələrə görə, Modern.az saytında çıxan «Mirasdan məhrum vərəsələr» adlı yazının müəllifi Zülfiyyə Quliyeva 3-cü yerə layiq görülüb.
«Təzadlar» qəzetində çap olunan «Miras-qardaşla bacını düşmən edən maddiyat» yazısının müəllifi Yaşar Ağazadə 2-ci yeri tutub.
1-ci yerə isə «monitorinq.az» saytındakı «Mirasdan məcburi pay almaq hüququndan məhrumetmə: qanunvericilik və praktikanın problemləri» adlı məqalənin müəllifi Könül Zərbəliyeva layiq görülüb.
1-ci yerin qalibi 500, 2-ci yerin qalibi 400, 3-cü yerin qalibi isə 300 manatla mükafatlandırılıb. Qeyd edək ki, bu, GTZ-nin jurnalistlər arasında keçirdiyi sayca 11-ci müsabiqədir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO