Gürcüstanda azərbaycanlılar yeni xəbər saytı yaradıb

Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc – “Tolerance” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyinin fəalları www.geoazeris.info xəbər saytını yaradıb.

“Azərbayt” İnternet İstifadəçiləri Birliyinin texniki dəstəyilə hazırlanan saytın kollektivi Gürcüstan azərbaycanlıları ilə bağlı məsələləri diqqətə saxlamaq niyyətindədir.

“Geoazeris.info”dan “Media forum”a bildiriblər ki, yeni saytda video və foto reportajlar, araşdırmalar, Gürcüstanda yaşayan azərbaycanlı gənclər, ziyalılar, Gürcüstan azərbaycanlılarının fəaliyyət göstərdiyi qeyri-hökumət təşkilatları barədə xəbərlər yerləşdiriləcək.

Sayt hələlik Azərbaycan dilində fəaliyyət göstərir. Yaxın vaxtlarda saytın rus dilində də versiyasını hazırlamaq planlaşdırılır.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO