Gürcüstanda 20 Yanvar faciəsi anılıb

20 Yanvar qətliamının 20-ci ildönümü ilə əlaqədar Qardabani rayonunda anım mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbir Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin (GGYMD) təşəbbüsü ilə keçirilib.

GGYMD-nin sədri Mürsəl Hacıyev 20 Yanvar faciəsinin başvermə səbəblərindən, keçmiş sovet ordusunun dinc insanları xüsusi qəddarlıqla qətlə yetirməsindən danışmış və bunu insanlığa yaraşmayan hadisə kimi qiymətləndirib.

Daha sonra çıxış edənlər sovet ordusunun törətdiyi bu cinayətlərin Azərbaycan xalqına qarşı soyqırımı olduğunu bildiriblər. Qeyd olunub ki, müasir Azərbaycan öz müstəqilliyini qəhrəman oğul və qızlarımızın qanı bahasına əldə etmişdir və qədirbilən xalqımız onları heç zaman unutmayacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO