“Google” rəhbərliyindəki 3 nəfərə həbs cəzası

“Google” rəhbərliyindəki 3 nəfərə həbs cəzasıİnternet şirkətləri yeni reallıqla üzləşib

İtaliya məhkəməsi “Google” şirkətinin 3 rəhbər şəxsini Daun sindromlu bir uşağın yıxılıb-qalxmasını göstərən bir video klipin şəbəkəyə yüklənməsinə icazə verdiyi üçün cəzalandırıb.

Lent.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Daun sindromlu insanlar üçün qurulmuş “Vivi” Daun Dərnəyi və videoda göstərilən uşağın atası cib telefonu ilə çəkilən görüntülərin 2006-cı ildə “Google Video” saytına yüklənməsindən sonra məhkəməyə müraciət edib.

“Google” şirkətinin 3 rəhbər şəxsi İtaliya məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. Ancaq həmin şəxslərin heç bir hazırda İtaliyada yaşamadığı üçün hələlik azadlıqdadır.

“Google” şirkətinin baş ofisinin yaydığı açıqlamada isə bildirilir ki, haqlarında həbs cəzası çıxarılan vəzifəli şəxslər nə həmin video görüntünü çəkib, nə sayta yükləyib, nə də izləyiblər. “Google” bu cür saytlara yüklənən görüntülərə görə şirkətlərin məsuliyyət daşımayacağını iddia edib. “Google” İtaliya məhkəməsinin qərarı ilə internet azadlığı üçün ciddi bir problemin gündəmə gətirdiyini bəyan edib.

“Google”nin bəyanatınla qeyd olunur ki, bu video görüntü barədə onlara məlumat verilən kimi dərhal onu saytdan çıxarıblar və uşağı videoya çəkənlərin aşkarlanaraq məhkəmə önünə çıxarılması üçün İtaliya rəsmiləri ilə əməkdaşlıq ediblər. “Google” apelyasiya şikayəti verəcəyini bildirib

Məhkəmənin haqqında 6 aylıq həbs qərarı verdiyi “Google” rəsmilərindən David
Drummond deyib ki, İtaliya məhkəməsinin qərarı təhlükəli bir nümunədir və gələcəkdə digər saytların rəhbərliyi də bənzər şəkildə günahlandırılacaq. O qeyd edib ki, İtaliya və Avropa qanunları “Google” kimi internet şirkətlərinin qarşısında saytlarına yüklənən video görüntüləri izləmək tələbi qoymur.

Prokuror isə məhkəmənin qərarından sonra jurnalistlərə açıqlamasında deyib ki, bir şirkətin haqları bir insan qürurundan daha üstün deyil və bu qərar açıq mesaj verir. İtalyan prokuror vurğulayıb ki, “Google” məsuliyyətsizliyə yol verib, bəzi internet istifadəçiləri bu görüntüləri izlədikdən sonra onun saytdan çıxarılması üçün “Google”yə məktub yazsalar da, bu görüntü 2 ay saytda qalıb.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO