“Güney Azərbaycan Folkloru Antologiyası “

"Güney Azərbaycan Folkloru Antologiyası"Folklor İnstitutunda Azərbaycan Folkloru Antologiyası seriyasından “Dərbənd Folkloru Antologiyası” işıq üzü görüb. Bu işin davamı olaraq “Güney Azərbaycan Folkloru Antologiyası” da çapa hazırlanmaqdadır. Bu barədə Folklor nümunələrini toplayanlardan biri Aqşin Ağkəmərli məlumat verib. Qeyd edək ki, bu kitabda çap olunacaq folklor nümunələri və etnoqrafik materiallar vaxtilə güneyli tədqiqatçılar tərəfindən toplanılıb. Kitabda Şəbüstər mahalının zəngin tarixi, folklor nümunələri öz dili, hətta şivə xüsusiyyətləri ilə birgə ifadəsini tapacaq. Yeri gəldikcə lazımlı izah və qeydlər zəngin folklor materiallarını müşayiət edəcək. Kitabda A.Güneylinin, Əbdüləli Mücazinin, Doktor Zehtabinin, D.Xəlilin, Hiqabinin və başqalarının topladığı folklor materiallarından istifadə edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO