Gənc yazarlar Nizami adına Ədəbiyyat Muzeyində olublar

Oktyabrın 23-də gənc jurnalistlər və ədiblər Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində olublar. SİA-nın məlumatına görə, tədbir “525-ci qəzet”tin həyata keçirdiyi “Gənclərin mənəvi və ədəbi inkişafı” adlı layihə çərçivəsində baş tutub.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyə yardımı ilə keçirilən tədbirdə çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib ki, layihənin məqsədi gələcək ədib və publisistlərə Azərbaycan mədəni irsini təbliğ etməkdir. O bildirib ki, layihə çərçivəsində növbəti tədbirlər ölkənin digər mədəniyyət ocaqlarında keçirləcək: “Bununla biz gənc yazarlara ölkəmizin mədəni irsinin mənimsənilməsinə yardım etməyə çalışacağıq”.
Sonra muzeyin direktoru, millət vəkili Rafael Hüseynov çıxış edib. Millət vəkili Azərbaycan ədiblərinin öz yaradıcılıqlarında bəşəri dəyərləri tərənnüm etdiklərini deyib. R.Hüseynov gənc yazarlara xitab edərək onlar kimi namuslu və şərəfli qələm sahibləri olmağı arzulayıb.
Qısa görüşdən sonra, tədbir iştirakçıları Azərbaycan ədəbiyyatının görkəmli nümayədələrinin, muzeydə saxlanılan eksponatları ilə tanış olublar.

SİA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO