Gəncədə “Media məktəbi”nin açılışı olub

“Odlar Yurdu” Gənclər İctimai Birliyi və “Kəpəz” Teleradio və Yayım Şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən “Media məktəbi” layihəsinin açılış mərasimi olub.

SalamNews-un məlumatına görə, tədbirdə “Odlar Yurdu” GİB-in rəhbərliyi və İdarə Heyəti, KƏPƏZ TV-nın rəhbərliyi və əməkdaşları, jurnalistlər və layihədə iştirak edəcək gənclər iştirak ediblər. Görüş zamanı keçirilən müzakirələrdə təlim proqramı, gələcəkdə iştirakçılar üçün nəzərdə tutulmuş təcrübə proqramları, real iş imkanları mövzusunda müzakirələr aparılıb.

Peşəkar jurnalistlərin formalaşması istiqamətində atılan mütərəqqi adım kimi qiymətləndirilən layihədə, jurnalist olmaq istəyən həvəskar gənclərə media sahəsində çoxşaxəli məlumatlar veriləcək. “Media məktəbi”nin iştirakçılarına layihənin sonunda sertifikatlar təqdim olunacaq, məktəbi uğurla bitirən iştirakçılar işlə təmin ediləcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO