Fəzail Ağamalı Mətbuat Şurasına şikayət edib

“Fakt” qəzeti 07 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı haqqında həqiqətə əsaslanmayan fikirlər dərc edib. Ana Vətən Partiyasının mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, artıq bu “qara piar”la, “Fakt” qəzetinin 27-30 oktyabr 2010-cu il tarixli sayında dərc olunan böhtan və qərəzli fikirlərlə bağlı Mətbuat Şurasına müraciət olunub.

“Fakt” qəzeti bu cür həqiqətə uyğun olmayan, qərəzli məlumatları yaymağa davam edərsə, Ana Vətən Partiyasının mətbuat xidməti məhkəməyə müraciət edəcək.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO