Əfv olunmuş jurnalistlər Ədliyyə Nazirliyi, Penitensiar Xidmət və 1 saylı İstintaq Təcridxanasını məhkəməyə verib

Jurnalist Yaşar Ağazadənin sözlərinə görə, 2007-ci ildə Cəlal Əliyevin iddiası əsasında həbs olunduqdan sonra onlar 5 ay ərzində 1 saylı İstintaq Təcridxanasında yararsız şəraitdə və ləyaqəti alçaldan formada saxlanılmışlar. «Məhkəmənin gedişində 4 xahişimiz təmin edilmiş, bir xahişimiz isə baxılmamış qalmışdır. Hakim Elnur Həsənov cavabdeh tərəfdən növbəti prosesə saxlanıldığımız kameranın sxemi, qida rasionu ilə bağlı sənədlərin təqdim edilməsini tələb etmişdir», – deyə Y.Ağazadə vurğulayıb. Məhkəmə prosesi fevralın 16-da davam edəcək.

Day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO