Fuad Muradov: “Bu tədbir jurnalistlərə verilən dəstəkdir”

Bu gün İsmayıllı rayonunda Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) “Jurnalistlər üçün qış məktəbi” layihəsi çərçivəsində növbəti 3 günlük tədbiri öz işinə başlayıb.

Modern.az xəbər verir ki, 23 jurnalistin qatıldığı tədbirin açılış mərasimində ARGTMŞ sədri, milət vəkili Fuad Muradov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, həmin kafedranın müəllimi Zaur Babayev, APA-nın baş direktoru Vüsalə Mahirqızı və digər şəxslər iştirak ediblər.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı N.Ələkbərov açılış mərasimində bildirib ki, coxmillətli bölgə olan İsmayıllı rayonu bir inzibati ərazi vahidi kimi 1931-ci ildə yaranıb.

Onun dediyinə görə, əhalisi 80 mindən çox olan bu rayonun ərazisi isə 2074 kvadrat kilometrdir

“Bu rayona mərhum ümummilli liderimiz Heydər Əliyev ilk dəfə 1981- ci ildə səfər edib və 4 gün ərzində öz həyat yoldaşı mərhum Zərifə xanımla birgə məşhur İvanovka kəndində qalıb. İndiki dövlət başçımız İlham Əliyev cənabları isə ik dəfə bu rayona 2005- ci ildə səfər edib və bu zaman rayonumuzda bir sıra əhəmiyyətli obyektlərin açılışına qatılıb. Ümumiyyətlə, qədim tarixə maik olan İsmayıllı daha çox Lahıc və Basqal kəndləri ilə tanınır, məşhurdur. Qeyd edim ki, ölkəmizə, o cümlədən , İsmayıllı rayonuna gələn turistlər daha çox bu kəndlərdə istirahətə üstünlük verirlər. Məlumat üçün onu da deyim ki, Yaponiyanın ölkəmizdəki səfirliyinin xətti ilə bu rayonda çox əhəmiyyətli layihələr reallaşdırılıb. Hazırda Yaponiyanın şəhərlərindən biri iə İsmayıllının “qardaşlaşmış şəhərlər” əməkdaşlığı üzərində işlər gedir. Həmçinin, İsmayıllı ilə Belarusun şəhərlərindən biri “qardaşlaışmış şəhərlər”dir. Bununla belə, İsmayıllı yeganə rayondur ki, burada “Yapon parkı” salınıb. Eyni zamanda, bildirim ki, İsmayıllı rayonunda iki qəzet işıq üzü görür və bunlar da “İsmayıllı xəbərləri” və “Girdiman”dır. Etiraf edim ki, mənim daha çox izlədiyim “İsmayıllı xəbərləri”dir. Çünki bu qəzet daha operativ, daha çox mövzu əhatəsinə malik qəzetdir”-deyə, icra başçısı bildirib.

Millət vəkili F. Muradov öz növbəsində ilk öncə belə bir layihənin məhz bu bölgədə keçirilməsinə dəstək verməsinə görə İsmayıllı rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Milət vəkilinin qeyd etdiyinə görə, ilk dəfə bu layihəyə 2009-cu ildə start verilib və bu yöndə ilk tədbir 5 gün ərzində Quba rayonunda reallaşdırılıb.

F. Muradov onu da bildirib ki, bu gün jurnalistlərin üzərinə çox böyük vəzifə düşür.

“Çünki ölkəmiz müharibə vəziyyətində olduğu üçün Azərbaycan həqiqətlərinin yayılması, informasiya savaşının uğurlu şəkildə aparılması ilk növbədə onlardan asılıdır. Hesab edirəm ki, bu günkü tədbir də jurnalistlərimizə verilən bir dəstəkdir. Biz istəyirik ki, jurnalistlərimizə hər zaman dəstək verək. Bu məsələ həm də dövlət başçısının nəzarətindədir. Məhz onun göstərişi və müvafiq sərəncamı ilə jurnalistlər üçün mənzil tikintisi, onların mənzillə təmin olunması nəzərdə tutulur. Bu onu göstərir ki, jurnalistlərlə bağlı müəyyən problemlər qalsa da, onların öz fəaliyyətlərini daha yaxşı şəkildə qurmaları uçün hər cür şərait yaradılmaqdadır”-deyə, millət vəkili bildirib.

BDU-nun professoru Cahangir Məmmədli isə qeyd edib ki, GTMŞ-ni hər zaman özünə çox doğma bir qurum hesab edir və bu baxımdan, onun keçirdiyi bütün layihələrə böyük önəm verir :

“Bunlar olduqca maraqlı və vacib layihələr, işlərdir. Ona görə bu layihəni həyata keçirdiyi üçün Milli Şuraya və onun rəhbəri Fuad müəllimə öz minnətdarlığımı bildirirəm”.

APA-nın baş direktoru Vüsalə Mahirqızı da bu cür tədbirlərin davamlı olmasını və gələcəkdə digər tanınmış jurnalistlərin, baş redaktorların da bu yöndə tədbirlərə dəvət edilməsini arzulayıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO