“Fərdi məlumatlar haqda ” qanunun jurnalistlərə mənfi təsiri olmayacaq

Bu günlərdə “Fərdi Məlumatlar Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə dövlət başçısı tərəfindən fərman imzalandı. Fərmanda qanunun tətbiq edilməsi məqsədilə müvafiq qurumlar qarşısında bir sıra tapşırıqlar qoyulub.

Qeyd edək ki bu qanun fərdi məlumatların toplanması işlənməsi və mühafizəsilə bağlı münasibətləri özündə əks etdirir. Bundan başqa milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması onun transsərhəd ötürülməsilə əlaqədar məsələlərin tənzimlənməsini nəzərdə tutur. Bununla bağlı olaraq bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini də müəyyən edir. Bu qurum və şəxslər fərdi məlumatların istifadəçisi rolunda çıxış edir. Adətən fərdi məlumatlar dedikdə şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən məlumatlar sistemi başa düşülür. Qanunda həmçinin göstərilir ki fərdi məlumatların kütləvi informasiya vasitələrində açıqlanmasına imkan yaradılmalıdır. Eyni zamanda həmin məlumatların toplanması və işlənməsinə qadağa da qoyula bilər. Göstərilir ki fərdi məlumatların toplanması işlənməsi və mühafizəsi zamanı insanın həyat və sağlamlığı üçün təhlükə yaradılmasına onun şərəf və ləyaqətinin alçaldılmasına yol verilməməlidir. Məlumatlar adətən konfidensial və açıq fərdi məlumatlar kateqoriyasına bölünür. Hər bir subyekt informasiya sistemində özü barəsində toplanan fərdi məlumatların məzmunu ilə tanış olmaq hüququna malikdir. Fərdi məlumatların toplanması və işlənməsinə bəzi məcburi toplanma halları istisna olmaqla yalnız subyektin yazılı razılığı olduğu halda icazə verilir. Mülkiyyətçi isə fərdi məlumatları toplayarkən subyektə aşağıdakıları bildirməyi unutmamalıdır: özünün kimliyi barədə məlumatları fərdi məlumatın işlənmə məqsədi və onun hüquqi cəhətdən əsaslandırılmasını. Aydındır ki hər bir şəxs özəl ailədaxili məlumatlara malik olur. Həmin bu məlumatların subyektin razılığı olmadan yayılması isə sözügedən qanuna görə yolverilməzdir. Bu vətəndaşın hüquqlarının müdafiəsi insan haqları baxımından olduqca vacib məqamdır. Sadəcə olaraq bu qanunda bizi maraqlandıran başlıca amil məlumat toplayarkən jurnalist fəaliyyətilə bağlı hansısa bir mənfi tərəfin gözlənib-gözlənmədiyi haqdadır.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki qanunda KİV əməkdaşlarının fəaliyyətini məhdudlaşdıran hansısa bir cəhət yoxdur: “Ümumiyyətlə fərdi məlumatlar məhz fərdə aid olduğundan ilk növbədə həmin subyektin məlumatla tanış olmaq hüququ var. Yalnız fərdin razılığı ilə həmin məlumatlar yayımlana bilər. Bu da çox doğru məqamdır. Burada şəxsi tibbi xarakterli məlumatlar ola bilər ki onların yayılması bir sıra hallarda mənəvi dəyərlərə ziddir və buna görə də yalnız fərdin yazılı razılığından sonra yayılması mümkündür. Dünyanın bir çox ölkələrində şəxsi məlumatların hüquqi rejimi müəyyənləşdirilib. Azərbaycanda da artıq belə bir qanun qəbul edildi. Bu informasiya əldə edilməsilə bağlı qanundan irəli gələn məsələdir. Həmin qanunda şəxsi məlumatların verilməsi rejiminin ümumi qaydaları müəyyənləşib. İndiki qanunda isə daha konkret detallar öz əksini tapıb. Ümumiyyətlə şəxsi məlumatlar konfidensial qapalı məlumatlar sırasına aiddir. Çünki heç kim istəməz ki ailə vəziyyəti səhhətilə bağlı məlumatlar açıqlansın.

Eyni zamanda bu ictimai maraq doğuran məlumatlar da deyil. İctimai maraq doğuran məlumatlar bütün hallarda açıq məlumatlardır. Bu açıq məlumatların da ümumi rejimi müəyyənləşib. İnformasiya əldə etmək haqqında qanunda ancaq məhdudlaşdırılan məlumatların ümumdairəsi verilib.

O cümlədən də şəxsi məlumatlar məhdudlaşdırılan məlumatlar sırasına aiddir. Dövlət sirli məlumatlar da konfidensial xarakterli məlumatlardır. Qalan bütün məlumatlar isə açıqdır. Bu hal Avropa məkanında da eyni cür tənzimlənir və konstitusion hüquqdan irəli gələn məsələdir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO