Notice: Trying to get property of non-object in /home/azfreespeech/public_html/wp-content/themes/freespeech/sidebar-left.php on line 33

Media söhbətlər


Warning: Invalid argument supplied for foreach() in /home/azfreespeech/public_html/wp-content/themes/freespeech/sidebar-left.php on line 39

Xəbərlər arxivi

August 2020
M T W T F S S
« Apr    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Partnyorlarımız

Fransanın “Master Chef” jurnalı növbəti buraxılışını Azərbaycana həsr edib

Fransanın dünyaca məşhur “Master Chef” jurnalı Azərbaycan mətbəxinə həsr olunan mövsümi nömrəsini buraxıb.

“Turizm və Milli Mətbəxə Dəstək” İctimai Birliyin sədri Fərhad Aşurbəylinin AZƏRTAC-a verdiyi məlumata görə, fransız jurnalistlər bu il martın əvvəllərində ölkəmizə bir həftəlik səfərə gəliblər. Bu vaxt ərzində qonaqlar Mingəçevirdə nərə balığı yetişdirilən zavoda baş çəkib, aşpazlardan müsahibə alıb, onlarla maraqlı resept toplayıblar. Əldə olunan məlumatlar jurnalın növbəti nömrəsində oxuculara təqdim olunub.

Qonaqların ölkəmizə səfərini Azərbaycanın Fransadakı səfirliyi və “Dialogue France-Azerbaïdjan” İctimai Təşkilatı təşkil edib, təşkilati dəstəyi “Turizm və Milli Mətbəxə Dəstək” İctimai Birliyi, Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti göstərib.

Avropanın ən məşhur qastronomik nəşrlərindən olan “Master Chef” jurnalı 80 min nüsxə tirajla nəşr olunur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO