Fransa Prezidenti Fransua Olland Azərbaycana işgüzar səfərə gəlib

Fransa Respublikasının Prezidenti Fransua Olland aprelin 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fransa Respublikasının Prezidenti Fransua Ollandı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər qarşıladılar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO