Forumda beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak edəcək

Mayın 2-3-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Forumda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Aralıq Dənizi Birliyinin baş katibi Nasser Kamel, TÜRKPA Baş katibi Altınbek Mamayusupov, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirça Çiopraqa, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Süleymanpur, Bəhailərin Beynəlxalq Birliyi baş katibi Joşua Linkoln, Benelux Birliyinin baş katibi Tomas Antoin, Andorranın UNESCO üzrə Milli Komissiyasının baş katibi Joan Miquel Armengol Petit, Özbəkistan Milli Komissiyasının baş katibi Alişer İkramov iştirak edəcək.

Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-dur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO