Əflatun Amaşov: “Belə hallarla bağlı qanun layihəsinə ehtiyac var”

Oktyabrın 27-də yol qəzasında həlak olan jurnalist Şahin Ağabəyli ilə vida mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov da iştirak edib.

Lent.az-a açıqlama verən Amaşov dünyasını dəyişən jurnalistin ailəsinə köməklik məsələsinin qurumun növbəti iclaslarında müzakirəyə çıxarılacağını dedi: “Ümumiyyətlə, Azərbaycanda jurnalistlərin peşə fəaliyyəti zamanı və digər hallarda həlak olmaları və digər məqamlarda dünyalarını dəyişmələri zamanı görülməli olan tədbirlər barədə qanun layihəsinə ehtiyac var. Artıq bu hallarla bağlı müəyyən qanunun işlənməsi vaxtı gəlib çatıb. Əgər jurnalist vəfat edibsə, onun ailəsinə hansı şərait yaradılmalıdır? Belə hadisələr baş verdikcə, həmin qanunun vacibliyi ortaya çıxır. Mətbuat Şurası bu istiqamətdə fəaliyyətini davam etdirəcək”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO