Əflatun Amaşov: “Agentliklər, internet portallar əsas xəbər daşıyıcılarına çevrilib “

Azərbaycan müstəqilliyinin əldə edilməsində mətbuatın müəyyən rolu olub. SİA-nın xəbərinə görə, Mətbuast Şurasının sədri Əflatun Amaşov bu gün keçirilən “Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu” adlı konfransda bildirib ki, hər bir xalqın ictimai fikir tarixində mətbuat mühüm rol oynayır: “Milli şüuru, fikri olmayan xalqın inkişafından söhbət gedə bilməz. Azərbaycanda milli şüur 1875-ci ildə “Əkinci” qəzetinin nəşri ilə başlayıb. 20 il əvvəl Azərbaycan müstəqilliyinin bərpasında da ölkə mətbuatının mühüm rolu olub”.

Azərbaycanda artıq region jurnalistikasının inkişaf etməyə başladığını deyən Şura sədri əlavə edib ki, artıq Azərbaycanda 20-ə yaxın televiziya fəaliyyət göstərir.

“Biz zamanlar televiziya əsas xəbər daşıyıcısı idisə, indi bunu internet portallar, agentliklər əvəz edib. Təbii ki, bunlar da başa düşüləndir. Çünki internet inkişaf edib. Mediada da internet media inkişaf edib”, – şura sədri qeyd edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO