Filosof Niyazi Mehdi hamı üçün ideyalar və faktlar təqdim edib

Professor Niyazi Mehdinin “Fəlsəfədən diddiklərim (hamı üçün ideyalar, bir də faktlar)” kitabı çapdan çıxıb.

Kitabda Niyazi Mehdi elmi çalışmaları boyu müxtəlif qaynaqlardan, araşdırmalardan topladığı (diddiyi?!) parlaq elmi ideyaları, fəlsəfi-kulturoloji düşüncələr üçün əhəmiyyət kəsb edən faktları sərgiləyib.

Ensiklopediya tipli kitab tələbələr, aspirantlar, araşdırmaçılar üçün xüsusilə faydalıdır.

Kitab “Qanun” nəşriyyatında çap olunub.

Kitabın elmi redaktoru professor Dilarə Mehdidir.

“Fəlsəfədən diddiklərim”i kitab mağazalarından əldə etmək olar.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO