Fikir azadlığı

Hüquqlar təhlükə altında
a) Fikir və düşüncə azadlığı hüququ
Fikir azadlığı hüququ hər kəsin öz fikirlərini və nöqteyi-nəzərini açıq şəkildə ifadə etmək azadlığını nəzərdə tutur. Görünür ki, bu hüquqa, onun, demokratiyanın bərpa olunmasında və ölkənin siyasi həyatında ictimaiyyətin iştirakının təminatında həlledici rolu nəzərə alınmaqla hər yerdə riayət edilməlidir. Lakin, qeyd etmək lazımdır ki, fikir ifadəsinin elə formaları var ki, onların qarşısı başqa insan hüquqlarının qorunması naminə alınmalıdır. Belə situasiyalarda fikir azadlığına qoyulan məhdudiyyətlərin qoyulması zəruri və haqlı tədbirlərdir. Fikir azadlığının belə müstəsna formasına, istifadəsi bir sıra ölkələrdə qadağan edilmiş «nifrət nitqi» misal ola bilər.
Eyni məsələ ilə bağlı müxtəlif qrup insanlar müxtəlif mövqeyə malik ola bilərlər, bu da bu qrupların nümayəndələri arasında nifrət və ədavət hisslərinin yaranmasına səbəb olur. «Nifrət nitqlərinə» qadağa qoyulması məsələsi, elə bu problemlə bağlıdır. KİV-dən genosid və cəmiyyətdə rasist əhval ruhiyyəsinə provokasiyalara kömək məqsədi ilə istifadə etmək son dərəcə mənfi təsir bağışlaya bilər, məsələn: 1994-cü ildə Ruandada genosid zamanı Libre des Milles Collines radio-televiziya şirkəti ilə bağlı hadisə kimi. Bir sıra ölkələrdə «nifrət nitqləri» haqqında qanunlar, bu ifadə tərzini qanuni qüvvəsindən məhrum etmək məqsədi ilə qəbul edilmişdir. Qadağa qanunlarının müvəffəqiyyəti, əksər hallarda şübhə doğurur. Sözsüz ki, «nifrət nitqlərinin» ifrat formaları qadağan edilməli və dövlət səviyyəsində işlənməməlidir. Eyni zamanda, KİV-də plüralizmə yardım etmək və qarşı tərəfin rəyinin artikulyasiyasına imkan yaratmaq lazımdır.
(b) İnformasiya axtarmaq, almaq və yaymaq hüququ
Jurnalistlərə qoyulan məhdudiyyətlər: İnformasiya ötürülməsi azadlığı müxtəlif vasitələrlə pozula bilər. Bu, mətbuat azadlığı üçün xüsusilə mənfi nəticələrə gətirir. Jurnalistlərə təzyiq olunması öz-özlüyündə daha mühüm təhlükə kəsb edilir.
Qeyri-rəsmi senzura, telefon zənglərindən və hədə-qorxudan başlamış, istənilməyən materialların nəşrinə mane olmaq məqsədi ilə fiziki hesablaşmalara qədər, vəzifəli şəxslərin müxtəlif fəaliyyət növlərini nəzərdə tutur. Jurnalistlərin öz mənbələrini qorumaq hüququ da ictimai maraq kəsb edən məsələlərlə bağlı informasiya axınını təmin edən mühüm amildir. İnsan hüquqları beynəlxalq və regional mexanizmləri, müstəsna zəruriyyətdən irəli gələn bir sıra halları çıxmaq şərti ilə, jurnalistlərin öz mənbələrini gizlətmək hüququnu təmin edir.
Kütləvi informasiya vasitələri münaqişələri azad işıqlandırmaq imkanına malik olmalıdırlar, çünki ictimai diqqətin bu problemlərə cəlb edilməsi münaqişə şəraitində humanitar hüquq və insan hüquqları normalarının pozulması üzərində nəzarətin həyata keçirilməsində mühüm rol oynayır. Kütləvi informasiya vasitələri nümayəndələrinin münaqişələrlə bağlı problemlərin işıqlandırmaq hüququnun rədd edilməsi fikir və informasiya azadlığının ciddi pozulması deməkdir. Belə hallarda məhdudlaşdırılma yalnız təhlükəsizlik nöqteyi-nəzərindən qoyula bilər. Seçkilər – bu başqa məsələdir, burada mətbuatın balanslaşdırılmış və qərəzsiz informasiya təqdim etmə azadlığı siyasi liderlərin iradəsindən asılı ola bilər.
Mətbuata qoyulan struktur məhdudiyyətlər: Problemin bu tərəfi KİV-nin siyasi nəzarətin təsisat səviyyəsindən asılılıq məsələsi ilə bağlıdır. Bu halda məhdudlaşdırılma mətbuat haqqında qanunun, dövlətin kütləvi informasiya vasitələrinin işinə qarışmasını təmin edən, ya da nəşr olunan informasiyanın məzmununa təsdiq edilməmiş məhdudiyyətlər qoyan formalarını ala bilər. Kütləfi informasiya vasitələrinin, mətbuatın və yayımın işini tənzimləyən orqanlar hakimiyyətdən asılı olmamalıdırlar. Lisenziyaların verilməsi prosesi açıq və şəffaf olmalıdır. Lisenziyaların verilməsinə dair qərarlar, ictimaiyyətin obyektiv informasiya almaq hüququ nəzərə alınmaqla əvvəlcədən hazırlanmış meyarlar əsasında qəbul olunmalıdır. Daha doğrusu, yayımı nəzarət edən orqanların səlahiyyəti, yalnız lisenziyalaşma və şikayətlərə baxılmasına dair məsələlərlə məhdudlaşmalıdır.
Kütləvi informasiya vasitələrinin monopoliyası – bu, müxtəlif mənbələrdən informasiya alınması hüququnun məhdudlaşdırılmasına yardım edən vasitələrdən biridir. Yayıma dövlət monopoliyaları ictimai marağa xidmət etmirlər. Lakin, başqa bir tərəfdən bəzi kiçik bazarlarda inhisarlaşmış qəzet yerli xəbərlərin yeganə mənbəyi ola bilər. İnhisarçılıq hüququ müfəssəl surətdə işlənib hazırlanmalıdır ki, o, fikir müxtəlifliyini təmin etsin və bununla yanaşı hakimiyyətə, kütləvi informasiya vasitələrinin işinə müdaxilə etmək imkanı verməsin.
Hakimiyyət nümayəndələrinin informasiya alması – informasiya azadlığı ilə bağlı problemin başqa tərəfidir. Beynəlxalq və regional müdafiə vasitələri insanın obyektiv informasiya alması hüququnu təmin edirlər. Onlar hökumətdən göstərilən tələblərə uyğun qanunvericiliyin qəbul edilməsini tələb edirlər: qanunvericilik tam açıqlama prinsipinə tabe olmalıdır; ictimai orqanlar əsas informasiya mənbəyini açıqlamalıdırlar; ictimai orqanlar hakimiyyətin şəffaflığına fəal yardım etməlidirlər. Bu məsələyə dair istənilən müstəsna hal dəqiq əsaslandırılmalı və ziyan vurulması və ictimaiyyətin marağı nöqteyi-nəzərindən yoxlanmalıdır.
Fikri ifadə etmək azadlığına məhdud senzuraya yalnız aşağıda göstərilən hallarda yol vermək olar: başqalarının hüquqları pozularsa və adları təhqir edilərsə, milli təhlükəsizlik, ictimai asayiş, ictimaiyyətin sağlamlığı və mənəviyyatı təhlükə altında olarsa.

/www.hrea.org/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO