“Şeytan ayələri “nin çapı Azərbaycanda “Unikal ” qəzetinə qarşı islamçı etiraz dalğası başlatdı

Azərbaycan İslam Partiyası (AİP) Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə müraciət (DQDK) ünvanlayıb.

Müraciətin ünvanlanmasına səbəb “Unikal” qəzetinin Salman Rüştünün İslam dünyasında qadağan edilmiş “Şeytan ayələri” kitabını hissə-hissə dərc etməsidir.

Müraciətdə kitabın qəzetdə dərc edilməsi antiislam siyasətinin genişləndirilməsi ölkədə böyük fitnə-fəsadlar yaratmağa cəhd kimi dəyərləndirilir. “Bu nəşr məhz bu məqsədə Azərbaycan müsəlmanlarını təhqir etməyə onlara ləkə vurmağa xidmət edir ona görə bu addım cəmiyyətdə dindarların ciddi narahatlığına səbəb olub” – deyə sənəddə qeyd edilir.

Eyni zamanda müraciət müəllifləri bu nəşrlə bağlı qəzeti din düşmənlərinin əlində müsəlmanlara və inanclarına qarşı alətə çevrilməkdə ittiham edir.

Müəlliflər komitəni belə nəşrlərə qarşı səssiz və mövqesiz qalmaqda əksinə islami birliyə xidmət göstərən ədəbiyyatları “qara siyahı”ya salmaqda ittiham edib. Son olaraq müəlliflər Azərbaycan müsəlmanlarını dünya müsəlmanları ilə üz-üzə qoyduqlarına görə qəzetə və rəhbərliyinə qarşı cinayət işi qaldırmağa çağırır.

Bu hadisədən öncə 2007-ci ildə Salman Rüştünün yuxarıda adı çəkilən kitabını dərc etdiyinə və islam peyğəmbərini təhqir etdiyinə görə “Sənət” qəzeti bağlandı qəzetin redaktoru Samir Sədaqətoğlu və yazar Rafiq Tağı həbs edildi. İlin sonunda onlar əfv olundu.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO