Eynulla Fətullayev xarici işlər nazirini məhkəməyə verib

Qeyd edək ki, «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayeva qarşı cinayət işi XİN başçısı Elmar Məmmədyarovun Milli Təhlükəsizlik Nazirliyinə göndərdiyi müraciətə əsasən açılmışdır. Nazirin müraciətində deyilirdi ki, «Əliyevlər müharibə gedir» başlığı altında məqalənin dərcindən sonra Azərbaycanda yaşayan əcnəbilər və iş adamları narahat olduqlarını bildirmişlər. Bu səbəbdən də E.Fətullayev E.Məmmədyarova sorğu göndərməklə narahatlıq keçirən şəxslərin siyahısının açıqlanmasını xahiş etmişdir. Lakin sorğunun cavabsız qalması jurnalistin məhkəməyə müraciət etməsinə səbəb olmuşdur.

Mənbə: day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO