“EURONEWS” telekanalı fars dilində verilişlər yaymağa başlayır

“EURONEWS” telekanalı fars dilində verilişlər yaymağa başlayır Fransanın Lion şəhərində qərar tutan “Euronews” beynəlxalq telekanalı oktyabrın 27-si axşam saatlarından fars dilində verilişlər yaymağa başlayıb.

“Media forum” saytının məlumatına görə, kanalın fars redaksiyasının rəhbəri Mariya Sərsalari BBC radiosuna açıqlamasında farsca verilişlərdə əsasən siyasi, ictimai, iqtisadi, idman, ətraf mühit və elmi verilişlərə üstünlük veriləcəyini bildirib.

Avropa Birliyi Kommunikasiya Komissiyasının nəzarətində fəaliyyət göstərən “Euronews” televiziya şəbəkəsi hazırda indiyədək 9 dildə (ingilis, alman, fransız, italyan, ispan, portuqal, türk, rus, ərəb) dillərində verilişlər yayırdı. Telekanal 1993-cü ildə fəaliyyətə başlayıb.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO