Euronews ərəb dilində yayıma başlayıb

Beləliklə, Euronews Al Jazeera və Al Arabiya kimi ərəb xəbər kanalları ilə yanaşı, artıq ərəb dilində yayımlanan Amerikanın CNN, Britaniyanın BBC və Fransanın France 24 telekanalları ilə rəqabət aparacaq.

Yaxın Şərqdə telekanalın verilişlərini translyasiya edəcək iki yeni peykə qoşulmaqla Euronews auditoriyasını daha 32 milyon ailə ilə artırmağı nəzərdə tutur. Beləliklə də, telekanalın ümumi auditoriyası dünyanın 135 ölkəsində 248 milyon ailə təşkil edəcək. Qeyd edək ki, Euronews telekanalının verilişləri artıq ingilis, fransız, alman, italyan, portuqal, ispan və rus dillərində yayımlanır.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO