Etibar Hüseynov “Lider”dən istefa verdi

Azərbaycan televiziya məkanından istefa seriyaları davam edir. “Qafqazinfo”nun əldə etdiyi məlumatlara görə, “Lider” TV-nin populyar “Sitatın sonu” proqramının keçmiş aparıcısı, millət vəkili Etibar Hüseynov ərizə yazaraq teleşirkətdən istefa verib.

Faktı “Qafqazinfo”ya təsdiqləyən Hüseynov bunun səbəbləri barədə hələlik açıqlama vermək istəmədiyini bildirib: “Sadəcə onu deyim ki, artıq jurnalistika fəaliyyətimin “Lider”lə bağlı olan hissəsi bitdi. Bir daha bu kanalla əməkdaşlıq etməyəcəyəm. Bununla da məsələni bağlayıram. Saytınız vasitəsi ilə də bütün jurnalist həmkarlarımdan xahiş edirəm ki, bu məsələ ilə bağlı məni narahat etməsinlər” .

Ölkədəki ictimai-siyasi gərginliyin gün-gündən artdığı bir dönəmdə hakimiyyətin mövqeyini müdafiə edən tanınmış bir jurnalistin qəflətən bu addımı atması suallar doğurur və çox güman ki, bir sıra şayiələrin yaranmasına səbəb olacaq. Son vaxtlar Etibar Hüseynovun “Lider”in efirində görünməməsi daha çox digər televiziya və mətbuat orqanlarında çıxış etməsi də diqqəti çəkən məqamlardan idi. Hər halda yəqin ki, yaxın günlərdə məsələyə aydınlıq gələcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO