Ermənistanda bir çox qəzetlərin nəşri dayandırılıb

Ermənistan kağız qıtlığı ilə üzləşib. Belə ki, ölkədə ofset çapı üçün kağız tapılmadığından bir çox qəzetlərin nəşri dayandırılıb. Qeyd edək ki, bununla əlaqədar Ermənistanda “Jamanak” qəzeti də nəşr olunmayıb və qəzet rəhbərliyi yaranmış problemə görə oxucularından üzr istəyib.

Lakin kağız qıtlığına baxmayaraq, qəzetin oxucuları gündəlik xəbərlərlə nəşrin internet saytında tanış ola biləcək. Məlumata görə, “Jamanak”ın nəşri olaraq Los-Ancelesdə davam etdiriləcək. /ANS PRESS/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO