Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında törətdiyi yanğınlar təmas xəttini keçib


Teymur Zahidoğlu – APA. Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarında son bir neçə gündə törədilən yanğınlar cəbhənin Ağdam istiqamətində neytral ərazini keçərək yaşayış olan kəndlərə yaxınlaşıb.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gecə miqyası genişlənən alov rayonun Çıraqlı və Mirəşelli kəndlərinin ərazilərinə qədər yayılıb. Yanğın Baş Qərvənd və Mirəşelli kəndlərinin qəbiristanlığını da bürüyüb. Təmas xəttində yerləşdiyindən, məzarlığın xeyli hissəsi qısa müddət ərzində alovlanıb.
 
Aidiyyəti qurumlar yanğının məhsul altında olan sahələrə keçməməsi üçün tədbirlər görüblər.
 
Yanğının səhərə yaxın söndürülüb.
 
Apa.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO