Elmi jurnallar kağız çap variantından imtina edib

Amerika Kimya Cəmiyyəti (American Chemical Society) öz jurnallarının kağız çap variantından imtina etmək haqqında qərar qəbul edib. Bu barədə Nature News portalı xəbər yayıb.

İnternet şəbəkəsinə bütünlüklə keçmənin səbəbi jurnalın kağız variantını sifariş edən abunəçilərin sayının daima azalması olmuşdur. Ona gorə də müvafiq olaraq “adi” jurnalların nəşri get-gedə az ödənilir.

Kağız variantından imtina mərhələli şəkildə baş verəcək. İyuldan başlayaraq cəmiyyətin bütün jurnalları kiçik məqalələr yerləşən ikisəhifəli broşür şəklində çıxacaq. Cəmiyyətin əsas nəşri olan Journal of the American Chemical Society və icmallar nəşr olunan iki jurnal – Accounts of Chemical Research və Chemical Reviews əvvəlki formada çap olunacaq. 2010-cu ildə isə bütün jurnalları isə yalnız İnternet şəbəkəsində oxumaq olacaq.

Mütəxəssislərin böyük əksəriyyətinin fikrincə, kimya cəmiyyətinin bu təşəbbüsü qanunauyğun və “qaçılmazdır”. Onların fikrinə görə, şəbəkəyə yerləşdirilən informasiyalara giriş daha çox olur, nəinki çap edilmiş jurnallardakı informasiyalara. Çap məhsullarının elektron versiyasında çap məhsullarına nisbətən daha geniş axtarış şəbəkəsi var. Bundan əlavə, elekton jurnal buraxmaq çap məhsulu buraxmaqdan ucuz başa gəlir, nəşrin xərcləri isə bilavasitə abunənin qiymətindən asılıdır.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO