Elmar Məmmədyarov qərb radiostansiyalarının bağlanmasına bəraət qazandırır

«Qanunun müddəaları bütün xarici yayım şirkətləri, o cümlədən «Amerikanın səsi», «Azadlıq» və «BBC» radiostansiyalarına qarşı ədalətli və qərəzsiz şəkildə tətbiq olunmuşdur». Məmmədyarov hesab edir ki, MTRŞ-ın qərarı Fransa, Böyük Britaniya və Almaniya kimi inkişaf etmiş dövlətlərin təcrübəsinə müvafiqdir. Məktubda deyilir ki, «Qanun təkcə milli tezliklərə şamil edilir. Xarici yayım strukturları proqramlarını kabel, peyk əlaqəsi, İnternet və qısa dalğalar vasitəsilə nümayiş etdirə bilər». Xarici yayım şirkətlərin demokratiya və plüralizmin inkişafına xidmətlərini etiraf edən nazir müstəqil dövlətin qanunlarına hörmətlə yanaşmanın vacibliyini xatırladıb.

Mediaforum.az.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO