ELMAR MÜKAFATI «MEDİA FORUM» SAYTININ və «AZADLIQ» RADİOSUNUN ƏMƏKDAŞLARINA VERİLDİ

Elmar Hüseynov Fondu 2007-ci ilin sonlarından ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə jurnalistlər arasında müsabiqə keçirirdi. İki turda reallaşdırılan müsabiqənin birinci turunda 9, ikinci turunda 11 nəfərə jurnalist araşdırması aparmaq üçün kiçik qrant ayrılmışdı.

Əvvəlcədən nəzərdə tutulduğu kimi, həmin araşdırma materiallarından ikisinin – bir çap, biri elektorn mediadan olmaq şərtilə – müəllifinə Elmar Hüseynov mükafatı verilib.

Ötən gün Amerika Mərkəzində keçirilən tədbirdə mükafat – 1000 ABŞ dolları və diplom laureatlara təqdim olunub. Mərasimə Elmar Hüseynov Fondunun təsisçiləri, KİV, QHT təmsilçiləri, ATƏT-in Bakı ofisindən nümayəndələr, ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları, mərhum jurnalistin atası Sabir Hüseynov iştirak ediblər. Təqdimat başa çatandan sonra iştirakçılar Elmar Hüseynovun məzarını ziyarət ediblər.

2005-ci ilin martında Bakıda qətlə yetirilən «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun ötən gün 41 yaşı tamam olub.

Qətlin üstü indiyədək açılmayıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO