Elmar Məmmədyarov ÜST-nin Avropa Regional Bürosunun direktoru ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakabı qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə ölkəmizi təbrik edən J.Yakab Azərbaycanın son dövrlər səhiyyə və sosial sahədə bir sıra uğurlar əldə etdiyini bildirdi. O, ölkəmizin uğurla inkişaf etdiyini, donor ölkə kimi Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak etdiyini, bu səbəbdən ÜST-nin ölkəmizlə münasibətlərin genişləndirilməsi niyyətində olduğunu diqqətə çatdırdı.

Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etdiyini bildirən nazir E.Məmmədyarov sözügedən təşkilatın bir sıra xəstəliklərlə mübarizədə ölkəmizə göstərdiyi yardımı yüksək qiymətləndirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO