Elçin Hüseynbəyli MDB yazıçılarının konfransına qatılacaq

Elçin Hüseynbəyli MDB yazıçılarının konfransına qatılacaqNoyabrın 20-də Moskvada MDB yazıçılarının növbəti konfransı start götürəcək. “Drujba narodov” jurnalının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək tədbirdə ölkəmizi “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli təmsil edəcək. Yazıçının verdiyi məlumata görə, toplantının keçirilməsində əsas məqsəd MDB ölkələri arasında ədəbi əlaqələrin durumu, canlandırılması, genişləndirilməsi və qarşılıqlı ədəbi tərcümə problemlərinə diqqət yönəltməkdir.
Konfrans öz işini noyabrın 25-də yekunlaşdıracaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO