“Elazığ çələngi ” kitabı ictimaiyyətə təqdim edilib

Sentyabrın 15-də M.F.Axundov adına Milli Kitabxanada “Elazığ çələngi” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəşad Məcid, Ozan nəşriyyatının direktoru Asif Rüstəmli, “Manas” yayım evinin rəhbəri Şener Bulud və başqaları iştirak edib. Məlumat üçün bildirək ki, kitab Türkiyədə fəaliyyət göstərən “Manas” və Azərbaycanda olan “Ozan” nəşriyyatının birgə layihəsidir. Kitabın tərtibçiləri Şener Bulud (Türkiyə), Asif Rüstəmli (Azərbaycan), sponsoru Şahid Həbibbullayevdir. Kitab 300 tirajla çapa buraxılıb. “Elazığ çələngi” – Çağdaş Elazığ şairlərinin şeirlər antalogiyasıdır. Bu layihə Azərbaycan – Türkiyə ədəbi-mədəni əlaqələrinə xidmət göstərmək, müasir oxucuları Elazığ poeziyası ilə tanış etmək məqsədi ilə həyat keçirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO