Ekspertdən internet virusu XƏBƏRDARLIĞI: “Tədbir görməkdə gecikməyin!”

Son zamanlar sosial şəbəkələrdə virusların yayılması intensiv xarakter alıb. Virusların qarşısını tam almaq mümkün olmasa da, hər halda alternativlər də yox deyildir.

İnternet Forumun prezidenti, ekspert Osman Gündüz Modern.az-a açıqlamasında bildirib ki, internet istifadəçiləri elementar təhlükəsizlik qaydalarına əməl edilməlidir. “Arzuolunmaz məktublara, gözlənilməyən göndərişlərə ehtiyatla yanaşmaq lazımdır. Kompüterlərə informasiya təhlükəsizliyinə cavab verən proqramlar yüklənməlidir. Antivirus və anticasus proqramları mütləqdir. Daha etibarlı şifrələrdən istifadə zəruridir”.

O. Gündüz onu da deyib ki, əgər qaydalara əməl etdikdən sonra əlavə problemlər də yaranarsa, ekspertlərə müraciət etmək lazımdır.

İnformasiya texnologiyaları üzrə ekspert Rəşad Əliyev isə qeyd edib ki, viruslar internetin texniki problemləri səbəbindən yaranmır. Onun sözlərinə görə, internet istifadəçilərinin çoxu təhlükəsizliklə bağlı məlumatsızdırlar. “Virusları yayanlar bir çox səhifələr ola bilər. Virus yaymaqdan ötrü müxtəlif variantlardan istifadə olunur”, – deyə R. Əliyev bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO