“Ekoloji problemlərin həllində kitabxanaların rolu “

"Ekoloji problemlərin həllində kitabxanaların rolu"Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2007 və 2008-ci illərdə Rusiya Federasiyasının tanınmış mütəxəssislərinin iştirakı etdiyi “Ekoloji problemlərin həllində kitabxanaların rolu” seminar-treninqlər keçirilib. Hal-hazırda bu istiqamətdə silsilə tədbirlər davam etdirilir. 2010-cu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə respublikada “Ekologiya ili” elan olunub. Martın 3-də Xaçmaz rayon Mərkəzi Kitabxanasında bu mövzuda tədbir reallaşıb. Tədbiri giriş sözü ilə Xaçmaz rayon MKS-nin direktoru A.Əlifxanov açıb. O öz çıxışında ekologiyanın mühafizəsinin hər bir vətəndaşın borcu olduğunu qeyd edib və bu istiqamətdə kitabxanaların üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun “Antarktida gündəliyi” kitabının təqdimatı da reallaşıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO