Ekologiya və təbii sərvətlər nazirliyi jurnalistləri mükafatlandırdı

Ekologiya və təbii sərvətlər nazirliyi jurnalistləri mükafatlandırdı “Media forum” saytı xəbər verir ki, iyunun 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birgə keçirdiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb.

2010-cu il aprelin 19-də elan olunmuş müsabiqəyə mayın 20-dək 51 məqalə və 5 telesüjet təqdim edilib.

Qaliblər

“2010-cu il “Ekologiya ili”dir – dövlətin ekoloji siyasəti” mövzusu üzrə:

birinci yer – “İki sahil” qəzetində dərc olunmuş “Ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindəndir” yazısına görə İlqar Məmmədli;

ikinci yer – “Yeni Müsavat”da dərc olunmuş “Neft əvəzinə Abşeron küləyi” yazısına görə Fərhad Məmmədov;

üçüncü yer – “Xalq qəzeti”ndə dərc olunan “Ekologiya ili”nin elan edilməsi dövlətin ekoloji siyasətinin mühüm tərkib hissəsidir” yazısına görə Mehdi Mehdiyev.

“Təbii sərvətlərdən səmərəli istifadə” mövzusu üzrə:

birinci yer – “Respublika” qəzetində dərc olunan”Xəzərimiz təbii sərvətimiz” adlı yazısına görə Nərgiz Qurbanova;

ikinci yer – “Yeni Azərbaycan” qəzetində dərc olunan “Təbii sərvətlərdən səmərəli istifadə” yazısına görə Kəbutər Haqverdiyeva;

üçüncü yer – “Neft daşları” qəzetində dərc olunan “Yeni neft strategiyasının ilk övladı – havaya axıdılan səmt qazlarının toplanmasına dair” yazısına görə Vahid Hacıyev.

“Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə” mövzusu üzrə:

birinci yer – “Lider” TV-də efirə getmiş “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə” reportajına görə Elnur Niftiyev;

ikinci yer – “Mövqe” qəzetində dərc olunan “Gələcəyimizin təminatçısı: alternativ və bərpa olunan enerji mənbələri” adlı yazısına görə Fariz Vəliyev;

üçüncü yer – “Mərkəz” qəzetində dərc olunan “Alternativ və bərpa olunan enerji mənbələri – bu gün əlavə, sabah əsas günəş, hava və su həyat – enerji mənbəyi olmaqla bərabər, həm də elm, texnologiya və tərəqqi deməkdir” yazısına görə Səxavət Həmid.

“Qlobal ekoloji problemlər və milli səviyyədə tələbatların qiymətləndirilməsi” mövzusu üzrə:

birinci yer – “Kaspi” qəzetində dərc olunan “Qlobal problemin həllinə milli yanaşma: ideya Azərbaycandan gəlir” yazısına görə Sənan Nəcəfov;

ikinci yer – “Bakı-Xəbər” qəzetində dərc olunan “İslam qlobal ekoloji problemlər və onların qarşısını almaq yollarını da öyrədir” yazısına görə Vaqif Həsənov;

üçüncü yer -“Azadİnform” İnformasiya Agentliyində yayımlanmış “Təbii sərvətlərdən səmərəli istifadə: dövlət nəzarəti və ictimai məsuliyyət” adlı yazıya görə İlham Məmmədov.

“Ekoloji təhlükəsizliyin təminatı: mövcud durum və perspektiv vəzifələr” mövzusu üzrə:

birinci yer – “Yeni Azərbaycan” qəzetində dərc olunan “Ekoloji problemlər: bu gün həll etməsək sabah gec olar” adlı yazıya görə Ruhiyyə Daşsalahlı;

ikinci yer – “Xalq Cəbhəsi” qəzetində dərc olunan “Can sağlığı, mədəniyyət və əxlaq davası” yazısına görə Ağa Cəfərli;

üçüncü yer – “Azərbaycan ordusu” qəzetində dərc olunan “Mənim şam ağacım, yaxud əsir ağaclar haqqında ballada” yazısına görə İbrahim Rüstəmov.

“Üçüncü sektor və ətraf mühit” mövzusu üzrə:

birinci yer – “Olaylar” qəzetində dərc olunan “Sağlam ətraf mühitdə yaşamaq hamının hüququdur” yazısına görə Aygün İbrahimova;

ikinci yer – SİA-da yayımlanan “Azərbaycanın flora və faunasının qayğısına qalmalıyıq” yazısına görə Ömər Əmirov;

üçüncü yer – “Paritet” qəzetində dərc olunan “QHT ekologiya sahəsində daha fəal olmalıdır” yazısına görə Günay Bünyadzadə.

“Ekologiya sahəsində beynəlxalq əməkdaşlıq” mövzusu üzrə:

birinci yer – İTV-də efirə getmiş “Dəniz suyunun şirin suya çevrilməsi, Sumqayıtda çirkab sularını təmizləyən stansiya, Bakı buxtasının ekoloji durumu” reportajına görə Elçin Mirzəyev;

ikinci yer – “Qəzet.az” qəzetində dərc olunmuş “Ekoloji maariflənmə eyni zamanda təhsilə və ekologiyanın qorunmasına xidmət edir” yazısına görə Murad Şahməmmədov;

üçüncü yer – “Azər News” qəzetində dərc olunan “Torpağın yaraları sağalır” yazısına görə Fazil Güney.

“Ekoloji maarifləndirmə” mövzusu üzrə:

birinci yer – “Mövqe” qəzetində dərc olunan “Ekoloji mühitin qorunması hər kəsin vətəndaşlıq borcudur” yazısına görə İlham Ələsgərov;

ikinci yer – “İki sahil” qəzetində dərc olunan “Yaşıllıq həyat mənbəyidir” adlı yazıya görə Xuraman Məmmədova;

üçüncü yer – İTV-də efirə getmiş “Bioaləm” verilişində “Ekoetika” reportajına görə Orxan Cabbarov.

“Ekstremal vəziyyətdə jurnalistin rolu” mövzusu üzrə:

birinci yer – “Paritet” qəzetində dərc olunmuş “Jurnalistlərimiz ekstremal vəziyyətlərə hazırdırlarmı?” adlı yazısına görə Babək Cahandarov;

ikinci yer – “Bakı-Xəbər” qəzetində dərc olunan “Rayonlarımızdakı sel fəlakəti jurnalistikanın da bəzi problemlərini açdı” yazısına görə İradə Sarıyeva;

üçüncü yer – “Üç nöqtə” qəzetində dərc olunan “Jurnalistlər ekstremal şəraitə hazır olmalıdır” yazısına görə Xalid Vahidoğlu.

Həvəsləndirmə mükafatı alanlarsa bunlardır: Nigar Abdullayeva (“Palitra” qəzeti), Quliyev Mirbağır (“Xalq” qəzeti), Məlahət Mahmudqızı (SİA), Nail Rəhimzadə (“İki sahil” qəzeti), Elbrus Cəfərli (“Yeni Azərbaycan” qəzeti), Mustafa Əziz (“Zaman” qəzeti), Nuranə Məmmədova (“Vətəndaş cəmiyyəti” jurnalı), Pünhan Əfəndiyev (“Üç nöqtə” qəzeti), İlqar Qulusoy (“Lider” TV), Akif Nəsirli (“Paralel” qəzeti).

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO